Bu il sınaq imtahanlarının sayı azaldılacaq
Tarix: 07-03-2017 | Saat: 15:09
Bölmə:Təhsil | çapa göndər
"Bu il sınaq imtahanlarının sayı əvvəlki illərlə müqayisədə az oalcaq"
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sınaq imtahanlarında iştirak qiyməti və cədvəl yaxın günlərdə elan ediləcək.
“Sınaq imtahanları ilə bağlı araşdırma aparırıq. Yanvar, fevral aylarında fəaliyyətimiz olmadığı üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Əvvəlki illərdə olduğu kimi sınaq imtahanları 3-4 dəfə keçirilməyəcək. Bu il 1-2 sınaq imtahanı olacaq”.
M.Abbaszadə 9-cu siniflərin buraxılış imtahanında yaranan narazılığa da aydınlıq gətirib:
“Havanın soyuq soyuq olması ilə bağlı şikayəti yalnız mətbuatdan oxudum. Hava soyuq və küləkli idi, valideynlər bu havada uşaqlarını gözləyirdilər. Dövlət İmtahan Mərkəzi havanın küləkli, soyuq olmasına təsir göstərə bilmir. Valideynlərdən havaya görə üzr istəyə bilərəm, lakin bu bizdən asılı deyil”.
M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanında 6 nəfər telefonla tutulub. “Məlumdur ki, bu şagirldərin nəticələri ləğv edilir, sıfır balla qiymətləndirilir. Lakin onlar sıfır balla ikinci mərhələyə buraxılırlar”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024