Mobil versiya
Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı
Tarix: 05-03-2026 | Saat: 12:12
Bölmə:Ölkə | çapa göndər

Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı

Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

aia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürək çatışmazlığından ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, M.Karabela Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən "DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycandakı filialının rəhbəri olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026