Mobil versiya
Gəncədə evdə ölü körpə doğulub - YENİLƏNİB
Tarix: 05-03-2026 | Saat: 11:23
Bölmə:Karusel / Ölkə | çapa göndər

Gəncədə evdə ölü körpə doğulub -

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanası Gəncədə evdə dölün ölü doğulmasına aydınlıq gətirib.

aia.az-ın məlumatına görə, xəstəxanadan bildirilib ki, ötən gün Gəncə şəhəri, Sevinc qəsəbəsi 32 ünvanından çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1979-cu il təvəllüdlü qadın 5 aylıq hamiləlik (düşük) səbəbindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

***

10:13

Gəncədə ölü körpə doğulub.

aia.az xəbər verir ki, martın 4-ü saat gecə saatlarında şəhər sakini 1979-cu il təvəllüdlü Aygün kərəm qızı Qasımova yaşadığı evdə ölü körpə doğub.

Faktla bağlı araşdırma aparılır.

aiia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2026