Mobil versiya
Ötən il 2607 "bariqa" tutulub
Tarix: 06-03-2017 | Saat: 16:33
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ötən il 2607 "bariqa" tutulub

2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş şəxslərin sayı 5149 nəfər olub.

AzVision.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.

Qeyd olunub ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə təqsirləndirilən şəxslərin sayı 1527 nəfər, məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı isə 2765 nəfər təşkil edib.

Bildirilib ki, ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2607 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Məsuliyyətə cəlb edilənlərdən 5 nəfəri 18 yaşadək, 176 nəfəri 18-25 yaşadək, 412 nəfəri 26-29 yaşadək, 2014 nəfəri 30 yaşdan yuxarı, 22 nəfəri fəhlə, 6 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 3 nəfəri təsərrüfat işçisi, 1 nəfəri ali məktəb tələbəsi, 2331 nəfəri işsiz, 2570 nəfəri kişi, 37 nəfəri qadın, 907 nəfəri əvvəllər cinayət törətmiş şəxs, 21 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olandır.

Məsuliyyətə cəlb olunmuş 34 nəfər xarici ölkə vətəndaşlarından 677 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.

Bundan başqa keçən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 654 kq 081,557 qr-ı marixuana, 225 kq 544,966 qr-ı tiryək, 1 ton 186 kq 270,004 qr-ı heroin, 42 kq 211,316 qr-ı həşiş, 42 kq 400,711 qr-I psixotrop maddələr və digərləri, 11976 ədədi həb, o cümlədən 21.532 ədəd çətənə kolu olub. 2015-ci illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr sırasında heroinin miqdarı xeyli artıb. 2015-ci ildə cəmi 80 kq 311,795 qr heroin qanunsuz dövriyyədən çıxarılıb.

Eyni zamanda ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3411 fakt aşkar edilib. Onlardan 888-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2221-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 259-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 43-ü isə digərləri olub.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024