Mobil versiya
Bu gün od çərşənbəsidir
Tarix: 03-03-2026 | Saat: 09:27
Bölmə:Ölkə | çapa göndər

Bu gün od çərşənbəsidir

Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur.

aia.az xəbər verir ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanırlar. Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Qeyd edək ki, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026