Mobil versiya
Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı
Tarix: 6-03-2017, 13:39 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Sürücünün yol polisi ilə mübahisə nəticəsində ölməsi ilə bağlı araşdırma başlandı

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi martın 4-də paytaxtın Ziya Bünyadov prospektində yol polisi ilə mübahisəsi nəticəsində sürücü Əsgər Muradovun ölməsilə bağlı yayılmış video barədə araşdırmalara başlayıb.

AİA.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. V.Əsədov deyib ki, təmsil etdiyi qurum artıq həmin hadisə ilə bağlı ciddi araşdırmalar aparır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, martın 4 -də paytaxtın Ziya Bünyadov prospektində 1961-ci il təvəllüdlü, Rusiya vətəndaşı Əsgər Muradovun idarə etdiyi "Nissan" markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

Qohumlarının açıqlamasına görə, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub. İddiaya görə, Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinə məxsus "267" seriyalı avtomobildə olan yol polisi sürücünü "avtoşluq"da ittiham edib və aralarında mübahisə yaranıb. Nəticədə Ə.Muradov hadisə yerində ölüb.

AİA.az



52 313 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30