Qusar rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib -Fotolar
Tarix: 26-02-2026 | Saat: 21:27
Bölmə:Ölkə | çapa göndər

Anım tədbirində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Anım mərasimi çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı faciəsində həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının ifasında təqdim olunan, sənədli faktlar əsasında hazırlanmış “Çiçəklən, Xocalı” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Yüksək peşəkarlıqla hazırlanmış səhnə əsərində Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, xalqımızın yaşadığı dərin mənəvi sarsıntılar təsirli səhnə dili ilə canlandırılmışdır. Eyni zamanda, kompozisiyanın ideya xəttində bu gün artıq Azərbaycanın qalib xalq kimi tarixi ədaləti bərpa etməsi, Xocalının işğaldan azad olunması və şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi bədii vurğu ilə ifadə olunmuşdur.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüşüb, həmsöhbət olub, qayğıları ilə maraqlanıb.
Tədbirin davamı olaraq saat 17:00-da bütün rayon ərazisində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-02-2026
26-02-2026