Mobil versiya
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məlumatı - RƏSMİ TƏKZİB
Tarix: 26-02-2026 | Saat: 14:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məlumatı

Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bir neçə əməkdaşın işdən azad olunması ilə bağlı həqiqətə uyğun olmayan və əsassız məlumatlar yayılıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bildiririk ki, fəaliyyətimizə və işgüzar nüfuzumuza xələl gətirən bu cür yanlış və ictimaiyyəti çaşdıran məlumatların yayılması qəbuledilməzdir və jurnalistika etikasına sığmır. Media subyektlərini dərc etməzdən əvvəl xəbəri rəsmi mənbələrdən dəqiqləşdirməyə, peşə etikasına riayət etməyə və qüvvədə olan media qanunvericiliyinin tələblərinə əməl etməyə çağırırıq.

AHİK ilə bağlı bu yanlış və əsassız məlumatı yayımlayan media orqanlarından təkzib vermələrini və gələcək fəaliyyətlərində daha diqqətli olmalarını xahiş edirik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-02-2026