Mobil versiya
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Tarix: 25-02-2026 | Saat: 10:39
Bölmə:Ölkə | çapa göndər

Bakıya yağış, rayonlara qar yağıb -

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub.

aia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib.

Dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qar yağıb.

Qarın hündürlüyü Daşkəsəndə 5, Gədəbəydə 4, Kəlbəcərdə 3, Göygöldə 2, Şahbuzda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 29, Lənkəranda 5, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada 2, Şərur, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.

Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026