Mobil versiya
Azərbaycanlı model sevgili olduğu vəzifəli şəxsi ifşa etdi: “Görüşə xidməti maşında gəlirdi”
Tarix: 20-02-2026 | Saat: 21:00
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanlı model sevgili olduğu vəzifəli şəxsi ifşa etdi: “Görüşə xidməti maşında gəlirdi”

Azərbaycan sosial media seqmentində model-bloqer kimi tanınan Çelsi Baxşıyeva vəzifəli və evli şəxslə sevgi münasibəti yaşadığını və daha sonra təhdid olunduğunu iddia edib.

aia.ax Milli.Az -a istinadən xəbər verir ki, bu barədə o özü məlumat verib.

"Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi Anar Pirməmmədovla 3 ildən çox sevgili olmuşuq. Həmin vaxt o mənə özünü subay biri kimi təqdim etmişdi, daha sonra isə onun evli olduğunu öyrəndim".

Bundan sonra isə tərəflər arasında mübahisələr başlayıb.

Ç.Baxşıyevanın iddiasına görə A. Pirməmmədov dəfələrlə onunla görüşə xidməti maşında gəlib və problemlər başladıqdan sonra onu təhdid edib.

"Anar Pirməmmədov Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir.

Mübahisələr baş verdikdən sonra A.Pirməmmədovun həyat yoldaşı məni tapdı.
Mən isə onun həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim".

Ç.Baxşalıyevanın sözlərinə görə, Anarın Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub.

Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir - hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovadır.

A.Pirməmmədov vəzifədə olan qohumlarının statustundan istifadə edərək mənə dəfələrlə hədə qorxu gəlib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026