Mobil versiya
Şəhid Rəsul Ağayev torpağa tapşırıldı
Tarix: 19-02-2026 | Saat: 15:48
Bölmə:Ölkə | çapa göndər

Şəhid Rəsul Ağayev torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rəsul Babaxan oğlu Ağayev Sabirabad rayon Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.

aia.az xəbər verir ki, əvvəlcə Nərimankənd kəndində şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Rəsul Ağayev hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

Qeyd edək ki, Rəsul Ağayev 1968-ci ildə Nərimankənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci il Sırxavənd kəndi (Ağdərə) istiqamətində gedən döyüşlərdə itkin düşüb. Rəsul Ağayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026