Mobil versiya
Liseydə şagirdin yaraladığı müəllim evə buraxıldı
Tarix: 17-02-2026 | Saat: 12:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Liseydə şagirdin yaraladığı müəllim evə buraxıldı

"İdrak" liseyində fevralın 6-da şagirdin yaraladığı müəllimə evə buraxılıb.

Bu barədə aia.az-a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə KTM-ə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın dünən ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, ona boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.

Xatırladaq ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026