Mobil versiya
Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
Tarix: 16-02-2026 | Saat: 16:20
Bölmə:Ölkə / Manşet | çapa göndər

Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var -

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, F.Əhmədov dövlət xəstəxanasında baş həkim olmaqla yanaşı, özünə məxsus klinikada da direktor vəzifəsini tutur.

Belə ki, o, Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol” klinikasının sahibidir. Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Fikrət Əli oğlu Əhmədov “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir.

Onu da qeyd edək ki, F.Əhmədov 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026