Mobil versiya
Çingiz Abdullayev Mehdiyevdən müsadirə edilən vəsaiti istədi
Tarix: 16-02-2026 | Saat: 09:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

Çingiz Abdullayev Mehdiyevdən müsadirə edilən vəsaiti istədi

Çingiz Abdullayev sosial şəbəkə hesabında Azərbaycan ədəbiyyatı və dilinin təbliği ilə bağlı diqqətçəkən paylaşım edib.

aia.az xəbər verir ki, Azərbaycan Respublikasının Xalq yazıçısı və Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olan yazıçının sözlərinə görə, artıq iki ildir ədəbiyyat və dilin təbliği üçün maliyyə tapmaq məqsədilə “sanki alçalaraq pul istəməli olurlar”.

Paylaşımında o, mədəniyyət sahəsinə ayrılan vəsait məsələsinə də toxunub. Çingiz Abdullayev qeyd edib: “Azərbaycan ədəbiyyatı və dilini təbliğ etmək üçün artıq iki ildir ki, sanki alçalaraq pul istəyirik. Bəlkə mənimsənmiş pulların bir faizini mədəniyyətin təbliğatı üçün xərcləməyə qərar vermək lazımdır?”

Qeyd edək ki, yazıçının bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında mədəniyyət sahəsinin maliyyələşdirilməsi, ədəbiyyatın təbliği və dövlət dəstəyi məsələləri ətrafında müxtəlif rəylər səsləndirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026