Mobil versiya
“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür
Tarix: 11-02-2026 | Saat: 13:04
Bölmə:Ölkə | çapa göndər

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “AzerGold” QSC-nin təsis edilməsi ölkəmizin dağ-mədən sənayesində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu qərar filiz yataqlarının kəşfi və tədqiqi, qiymətli metalların hasilatı, emalı və satışının vahid dəyər zənciri üzrə təşkili, eləcə də Azərbaycan mədənçiliyinin institusional, texnoloji və idarəetmə baxımından müasirləşdirilməsi istiqamətində mühüm nəticələr verib.

Dövlət başçısının təşəbbüsü ilə biznes mühitinin təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və yerli istehsalın təşviqi məqsədilə həyata keçirilən ardıcıl islahatlar “AzerGold” QSC-nin fəaliyyətinin davamlı şəkildə genişlənməsi üçün əlverişli zəmin yaradıb.

5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayan “AzerGold” QSC bir sıra mühüm istehsal və infrastruktur layihələrini uğurla reallaşdıraraq ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və regionlarda sosial-iqtisadi canlanmaya əhəmiyyətli töhfələr verib. On illik fəaliyyət dövründə 2 yeni qızıl yatağı kəşf edən, 4 qızıl mədənini və 1 regional sənaye kompleksini istismara verən Cəmiyyət qeyri-neft sektorunun aparıcı dövlət şirkətlərindən biri kimi yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satışı həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib, 214 milyon manat həcmində vergi, 37 milyon manat həcmində sosial ödəniş öhdəliyini həyata keçirib.
“AzerGold” QSC-nin fəaliyyəti yalnız birbaşa iqtisadi gəlirlərin formalaşdırılması ilə məhdudlaşmayaraq regionların inkişafına, yüksək ixtisaslı insan kapitalının yetişdirilməsinə və məşğulluğun artırılmasına da mühüm töhfələr verib. Şirkətin fəaliyyəti nəticəsində ümumilikdə 2494 nəfər daimi işlə təmin olunub, xüsusilə ucqar kəndləri təmsil edən yerli mədənçi kadrların hazırlanması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Yeni mədən layihələrinin icrası ilə daimi iş yerlərinin sayının bir neçə dəfə artırılması, ixtisaslı kadrların hazırlanması prosesinin daha da genişlənləndirilməsi nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026