Mobil versiya
Azərbaycanlı iş adamının restoranı partladıldı
Tarix: 04-03-2017 | Saat: 15:52
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanlı iş adamının restoranı partladıldı

Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

AİA.Az bildirir ki, Donetsk Azərbaycanlıları Konqresindən apa-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb.

O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024