Mobil versiya
Naxçıvandakı pensiyaçılara şad xəbər
Tarix: 11-02-2026 | Saat: 13:00
Bölmə:Ölkə | çapa göndər

Naxçıvandakı pensiyaçılara

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi başa çatdırılıb.

aia.az xəbər verir ki, Prezident İlham Əliyevin 9 fevral 2026-cı il tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026