Mobil versiya
Bu yollardan istifadə edən sürücülərin NƏZƏRİNƏ: Səfərləri TƏXİRƏ SALIN
Tarix: 11-02-2026 | Saat: 09:21
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bu yollardan istifadə edən sürücülərin

Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.

aia.az xəbər verir ki, güclü qar səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var.

Bakı–Şamaxı–Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı–Lahıc və Muğanlı–İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.

Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur./azərtac



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026