Mobil versiya
AAYDA sədrinin müşaviri işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Tarix: 10-02-2026 | Saat: 16:33
Bölmə:Manşet / Ölkə | çapa göndər

AAYDA sədrinin müşaviri işdən çıxarılıb? -

Bu gün mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başladığna dair məlumat yayılıb. Yayılan məlumatda AAYDA İdarə Heyətinin sədrinin müşaviri Əflatun Qasımovun işdən çıxarıldığı bildirilir.

aia.az-ın məlumatına görə, AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Unikal"a açıqlamasında bildirib ki, yayılan xəbərlər əsassızdır:

"Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir", - deyə o əlavə edib.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.

aia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq Əmr imzalayıb.

Qeyd edək ki, Ə.Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.

Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Kamran Gülbala oğlu Əzizov təyin olunub.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026