Mobil versiya
Şəhərin ortasında avtomobillərə QADAĞA - Yeni yaşıl zona necə olacaq?
Tarix: 10-02-2026 | Saat: 11:31
Bölmə:Ölkə | çapa göndər

Şəhərin ortasında avtomobillərə QADAĞA - Yeni yaşıl zona necə olacaq?

Bakının mərkəzində yaşıl dəhliz salınacaq. Paytaxtın təsdiqlənmiş baş planına əsasən, bir sıra baxımsız qalan parklar tam yenilənəcək. Yeni park Bakının Nəsimi və Xətai rayonlarının birləşdiyi bu bölgədə salınması planlaşdırılır.

Bloqer-urbanist Anar Əliyevin sözlərinə görə, Bakı Şəhərinin Baş Planına əsasən, buna oxşar 3-4 yaşıl dəhliz nəzərdə tutulub:

"Hələ ki Atatürk parkından dəniz kənarı bulvara qədər, yəni birinci yaşıl dəhliz dairəsi həmin ərazini əhatə edir. Yaşıl dəhlizdə yaşıllıq, piyada keçidləri, velosiped zolaqları və avtomobil hərəkəti nəzərdə tutulmayıb. Bu, sadəcə parkların birləşdiyi yaşıl ərazidir.

Yaşıl dəhliz şəhərin tam mərkəzindən Bakı Limanının olduğu əraziyə qədər keçir. Bu ərazidə təxmini 28 May metrosu yaxınlığında yeni metronun inşa olunması da nəzərdə tutulub. Çıxışları hansı tərəfə düşməsi hələ ki elan olunmayıb, amma ərazi olaraq təxmini bu bölgələr nəzərdə tutulub. Bu B6B stansiyası olacaq. Həmin stansiyada bir tərəf Ağ Şəhər istiqamətində, digəri isə Sahil istiqamətində gedəcək".

Qeyd edək ki, bütün bu işlər Bakının Baş Planında nəzərdə tutulan ətraf-mühitin bərpasına uyğun 2040-cı ilə qədər həyata keçirilməsi planlaşdırılır.

Aysel



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026