Mobil versiya
Deputat Mehman Hüseynovun həbsindən danışdı
Tarix: 03-03-2017 | Saat: 20:16
Bölmə:Karusel | çapa göndər

Deputat Mehman Hüseynovun həbsindən danışdı








Milli Məclisin İnsan haqları komitəsinin üzvü, deputat Fazil Mustafa videobloqqerin həbsindən danışıb. O Azadlıq Radiosu-na açıqlama verib.

«Onun hansı motivlə həbs edildiyini söyləmək çətindir. Çünki bəzi şübhələr vardı ki, məmurlara aid olmayan evləri, əşyaları çəkir. Çəkdiklərinin inandırıcılığı yox idi. Onun çəkdikləri birmənalı qarşılanmırdı. Kiminsə sifarişiylə kimlərinsə vurulması prinsipinə daha çox uyğun gəlirdi. Mən hakimiyyətin onun şəxsinə münasibətinin necə olması haqda fikir söyləməkdə çətinlik çəkirəm».

Amma deputat bildirir ki, Mehman Hüseynovun həbsinə etirazı varsa, bunu siyasi motivli sayırsa, ali məhkəmə instansiyalarına, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna sahibdir: «Yenə deyirəm ki, həbsin motivlərindən məlumatım yoxdur. Ancaq siyasi xarakterli məsələdirsə, bunun məhkəmə qurumlarına bir aidiyyəti olmamalıdır. Buna görə də o, apellyasiya şikayəti verə bilər, sonda da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Məhkəmə şəxsin hər hansı hüquqlarının pozulması ilə keçibsə, onda həmin qurumlar məsələni obyektiv araşdırıb qiymət verməlidirlər».

Xatırladaq ki, martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynova 2 il həbs cəzası kəsib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Videobloqqer isə həbsini özünün jurnalist fəaliyyətiylə əlaqələndirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024