Mobil versiya
“Ötən il 12 uşaq adam öldürüb” - Dəhşətli statistika
Tarix: 03-03-2017 | Saat: 15:59
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

“Ötən il 12 uşaq adam öldürüb” - Dəhşətli statistika

2016-ci ildə Azərbaycanda 442 nəfər 14-17 yaş arası yetkinlik yaşına çatmayan şəxslər cinayət törədiblər. Bunlardan 114 nəfəri 14-15 yaşda olan uşaqlar (hamısı oğlan), 321 nəfəri isə 16-17 yaş arası uşaqlardır. (bunlardan 321-i oğlan, 7-i qızdır).

Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cinayət törətmiş 14-17 yaşda yetkinlik yaşına çatmayan şəxslərdən 87 nəfəri ağır və xüsusilə ağır cinayətlərdə, onlardan 11 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 24 nəfəri nəfər qəsdən sağlamlığa ağır zərər vurma, 1 nəfəri ehtiyatsızlıqdan adam öldürmə, 20 nəfəri qəsdən sağlamlığa az ağır zərər vurma, qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma, əzab vermə, 36 nəfəri qəsdən sağlamlığa yüngül zərər vurmada günahlandırılır.

Adam oğurluna görə 2 nəfər, zorlama və zorlamaya edilən cəhdə görə 1 nəfər, oğurlua görə 227 nəfər, soyğunçuluğa görə 22 nəfər, quldurluğa görə 5 nəfər, dələduzluğa görə 5 nəfər, xulqanlığa görə 27 nəfər, narkotik vasitələrlə bağlı cinayətlərə görə 5 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət törədib.

Bu dövr ərzində 512 nəfər yetkinlik yaşına çatmayanlar dilənçilik etdiyinə görə daxili işlər orqanlarına gətirilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024