Mobil versiya
İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Yeni qayda
Tarix: 02-03-2017 | Saat: 18:06
Bölmə:Təhsil / Karusel | çapa göndər

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Yeni qayda

Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırlması məqsədilə hazırlıq kurslarının yaradılmasına dair təkliflər paketini hökümətə təqdim edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a bildirib ki, ali məktəblərə keçirilən qəbul imtahanlarından kəsilənlər də tələbə adını qazana biləcəklər:

“ Bu, bəzi universitetlərin tərkibində yaradılacaq hazırlıq kursları sayəsində mümkün olacaq. İstədikləri ali məktəbi və ixtisası seçərək hazırlıq kurslarında təhsil alanlar bir ildən sonra imtahansız ali məktəbə qəbul olunacaqlar. Təhsil Nazirliyi tərəfindən belə bir təklifin verilməsi zərurəti plan yerlərinin boş qalması səbəbindən yaranıb”.

Cəsarət Valehov əlavə edib ki, hazırlıq kursunda uğurlu nəticə göstərməyənlər isə tələbə olmaq üçün yenidən qəbul imtahanlarında iştirak etməli olacaqlar:

“Hazırlıq kursları yalnız özəl ali məktəblərdə və regionlarda yerləşən dövlət ali məktəblərində təşkil ediləcək və ödənişli olacaq. Kursu bitirənlər yalnız ödənişli ixtisaslar üzrə təhsil alacaqlar”.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024