Mobil versiya
Cocuq Mərcanlıda iki mina tapılıb
Tarix: 02-03-2017 | Saat: 17:55
Bölmə:Cəmiyyət | çapa göndər

Cocuq Mərcanlıda iki mina tapılıb

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 4 evə baxış keçirilib, 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib. ANAMA 32 207 kv.m ərazi (7 033 kv.m əl, 11 400 kv.m mexaniki üsulla və 13 774 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Agentlik tərəfindən 27 gün ərzində Cocuq Mərcanlı kəndində 113 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 26 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 805 424 kv.m ərazi (381 002 kv.m əl ilə, 195 600 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024