Xankəndiyə qar yağır - FOTOLAR
Tarix: 19-01-2026 | Saat: 10:24
Bölmə:Ölkə | çapa göndər

Yanvarın 18-i axşam saatlarından etibarən Xankəndi şəhərinə 10-15 santimetr hündürlüyündə qar yağıb.
aia.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə ilə təmin olunması üçün işlər görülüb.
Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir. Qurumlar sakinləri ehtiyatlı olmağa və hava şəraitinə uyğun hərəkət etməyə çağırıb. Onu da qeyd edək ki, bu dəqiqələrdə də yağan qar Qarabağa xüsusi gözəllik qataraq, qış mənzərəsini daha da füsunkar edib. Hər tərəf ağ örpəyə bürünüb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2026
12:18 Dəm qazı yenə CAN ALDI