Mobil versiya
Arzu və Alena Əliyevalar sığınacaqda -Fotolar
Tarix: 10-01-2026 | Saat: 12:43
Bölmə:Manşet / Ölkə | çapa göndər

Arzu və Alena Əliyevalar sığınacaqda

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.

aia.az xəbər verir ki, əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər.

Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.

Ziyarət zamanı, həmçinin uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyələri qonaqlara təqdim ediblər. Sonra birlikdə xatirə şəkli çəkdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026