Mobil versiya
Tiktoker "Vaqa"nın barəsində olan cinayət işinə xitam verildi
Tarix: 09-01-2026 | Saat: 12:28
Bölmə:Ölkə | çapa göndər

Tiktoker "Vaqa"nın barəsində olan cinayət işinə xitam verildi

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan cinayət işinə xitam verilib.

aia.az-ın Oxu.Az-a istinadən məlumatına görə, istintaq orqanının qərarı ilə onun barəsində başlanmış cinayət işinin istintaqı başa çatıb və işə xitam verilib.

Xatırladaq ki, V.Zeynalzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi V.Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026