Mobil versiya
AŞPA Azərbaycana 32 nəfərlik müşahidə missiyası göndərir
Tarix: 28-09-2015 | Saat: 13:39
Bölmə:Siyasət / Karusel | çapa göndər

AŞPA Azərbaycana 32 nəfərlik müşahidə missiyası göndərir
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının birinci iş günündə qurumun Bürosunun toplantısı keçirilib

APA-nın xəbərinə görə, Büro iclasında AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərib-göndərməyəcəyinə dair məsələ müzakirə edilib.

Uzun müzakirələrdən sonra lehinə 17, əleyhinə 10 nəfər olmaqla, Azərbaycana ispaniyalı parlamentar Yordi Çuklanın rəhbərlik edəcəyi 32 nəfərdən ibarət müşahidə missiyasını göndərilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, AŞPA daxilində bəzi deputatlar qurumun Azərbaycana müşahidə missiyası göndərməsinin əleyhinə çıxırdılar. Qərar bu gün AŞPA sessiyasının plenar iclasında təsdiq olunmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə