Mobil versiya
Azərbaycan Milli Qvardiyasına - Komandan təyin edildi
Tarix: 06-01-2026 | Saat: 12:43
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycan Milli Qvardiyasına

Azərbaycan Milli Qvardiyasına yeni komandan təyin edilib.

Bununla bağlı müvafiq Sərəncam imzalanıb.

Sərəncama əsasən, polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı kimi təsdiqlənib. Milli Qvardiya Prezidentin Təhlükəsizlik Xidmətinə tabedir. R. Babayev də bu təyinatadək həmin Xidmətin kadrlar idarəsinin rəisi işləyib.

Qeyd edək ki, ötən il Bəylər Eyyubov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Fərid Əsgərov təyin olunub. F. Əsgərovun təyinatından sonra isə Xidmətdə islahatlara başlanılıb, bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Həmin islahatların davamı olaraq 13 il Azərbaycan Milli Qvardiyasına komandanlıq etmiş general-mayor Akif Yusifov da vəzifəsindən azad edilib.

Sail Ağasəlim



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026