Mobil versiya
Sarı rəngə boyayıb kənd toyuğu adı ilə satırmışlar -Foto
Tarix: 06-01-2026 | Saat: 12:33
Bölmə:Ölkə | çapa göndər

Sarı rəngə boyayıb kənd toyuğu adı ilə satırmışlar

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.

AQTA-dan aia.az-a verilən məlumata görə, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.

Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026