Mobil versiya
Bakıda tədris mərkəzindən oğurluq olub
Tarix: 05-01-2026 | Saat: 17:44
Bölmə:Ölkə | çapa göndər

Bakıda tədris mərkəzindən oğurluq olub

Nəsimi rayonunda talama cinayəti baş verib.

DİN-dən aia.az-a verilən xəbərə görə, rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.

Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1000 manat dəyərində noutbuk oğurlayan əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026