Mobil versiya
Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırıldı
Tarix: 29-12-2025 | Saat: 10:26
Bölmə:Ölkə | çapa göndər

Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırıldı

Kəsişmədə yaranan qəza şəraiti aradan qaldırılıb.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada svetoforları quraşdırılaraq istifadəyə verilib.

Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026