Mobil versiya
Hacıqabulda maşın aşdı: yaralılar var - FOTO
Tarix: 28-02-2017 | Saat: 15:31
Bölmə:Cəmiyyət | çapa göndər

Hacıqabulda maşın aşdı: yaralılar var - FOTO

Hacıqabul rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı avtomobil magistralda sərt döngədə idarəetməni itirərək yoldan çxıb və dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan Bakı sakinləri - 40 yaşlı Allahverdi Şahlar oğlu Behbudov, 39 yaşlı Elnur Əlioğlu Bayramov və 20 yaşlı Rahid Məzahim oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024