Cənab Prezident İlham Əliyev tarixi Zəfərin Lideri və Azərbaycan dövlətçiliyinin təcəssümüdür
Tarix: 23-12-2025 | Saat: 11:24
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı, QərbiAzərbaycan İcması
İdarə Heyətinin sədri
24 Dekabr - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Bu tarix sadəcə təqvimin bir günü deyil, həm də müstəqil Azərbaycanın ən uğurlu və şanlı dövrünün Baş Komandanı olan bir Liderin siyasi obrazının və şəxsi keyfiyyətlərinin dərindən anlaşılması günüdür.
Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli davamçısıdır. Onun siyasətə gəlişi sayəsində Heydər Əliyev tərəfindən qurulan möhkəm dövlətçilik təməlləri layiqincə qorunmaqla yanaşı, həm də müasir çağırışlara uyğun şəkildə inkişaf etdirildi. İlham Əliyevdə milli dövlətçilik irsinə bağlılıq onun uşaqlıq illərindən formalaşmışdır. Görkəmli siyasi xadim Əziz Əliyevin nəvəsi və Ümummilli Liderin oğlu kimi, o, dövlət idarəçiliyinin sirlərini erkən yaşlarından mənimsəmişdir. Anası, alim Zərifə xanım Əliyevanın verdiyi yüksək nəciblik, dərin humanizm, sadəlik və insana hörmət tərbiyəsi isə onun siyasi fəaliyyətindəki etik dəyərlərin təməlini təşkil edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövrü Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünün misli görünməmiş yüksəlişi ilə səciyyələnir. O, neft strategiyasını qeyri-neft sektorunun inkişafı və müdafiə sənayesinin gücləndirilməsi ilə tarazlaşdıran uzaqgörən strateqdir. Onun qətiyyətli islahatları ölkənin beynəlxalq arenada mövqeyini gücləndirmiş, hərbi sahədəki ardıcıl fəaliyyəti isə 2020-ci ildə Müzəffər Ali Baş Komandan kimi tarixi Zəfərə nail olmasına gətirib çıxarmışdır. O, 44 günlük Vətən müharibəsindəki Zəfərlə Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq, Xilaskar Lider statusunu qazanmışdır.
Cənab Prezident İlham Əliyev həm də humanist liderdir. Onun rəhbərliyi altında həyata keçirilən "Böyük Qayıdış" Konsepsiyası – azad edilmiş torpaqların ən müasir texnologiyalarla bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışı yalnız dövlət layihəsi deyil, həm də tarixi ədalətin bərpasına xidmət edən böyük bir humanitar missiyadır. Bundan əlavə, cənab Prezident Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın ata yurdlarına qayıtma mübarizəsində də ardıcıl və qətiyyətli dəstəkçidir. Qərbi azərbaycanlılar ona öz tarixi haqlarının bərpası yolunda böyük ümid simvolu kimi baxırlar.
Cənab Prezident, Qərbi Azərbaycana qayıdış istəyinin ardıcıl və qətiyyətli müdafiəçisi kimi çıxış edərək, beynəlxalq platformalarda bu tarixi haqqın bərpasını tələb edir. Onun bu mübarizəsi Qərbi Azərbaycan İcması üçün ata yurdlarına qayıtma arzusunun dövlət səviyyəsində dəstəklənməsinin təminatıdır.
Prezident İlham Əliyevin şəxsiyyətini tamamlaya biləcək vacib cəhət onun idmançı ruhudur. Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti, həmçinin şəxsi idman məşğuliyyətləri onun siyasi fəaliyyətinə dözümlülük, intizam, məğlubiyyəti qəbul etməmək və qələbə əzmi kimi keyfiyyətləri gətirmişdir.
Bu gün o, yalnız Zəfər Lideri deyil, həm də Cənubi Qafqazda yeni bir əməkdaşlıq dövrünün və davamlı sülhün təməlini qoyan Sülh Memarıdır. Onun qətiyyətli mövqeyi Azərbaycanı regional əmin-amanlıq və inkişaf simvoluna çevirmişdir. Beləliklə, cənab İlham Əliyev yalnız Azərbaycan Respublikasının Prezidenti deyil, həm də güclü strateq, qətiyyətli islahatçı, humanist lider, Xilaskar, Sülh Memarı və milli ruhun daşıyıcısıdır.
Azərbaycanın müasir tarixinin həlledici məqamında dövlət sükanını böyük inamla idarə edən, xalqının qəlbində dərin hörmət qazanan cənab Prezident İlham Əliyevə möhkəm cansağlığı və Vətən naminə fəaliyyətində yeni, böyük uğurlar arzulayırıq. Ad gününüz mübarək olsun, cənab Prezident!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2026