Mobil versiya
13 yaşlı qız bibisinin ərindən hamilə qaldı - Ailəsi şikayətçi olmadı...
Tarix: 22-12-2025 | Saat: 16:22
Bölmə:Karusel / Ölkə | çapa göndər

13 yaşlı qız bibisinin ərindən hamilə qaldı -

Azərbaycanda rayonların birində qohumunun 13 yaşlı qızı ilə intim münasibətdə olan 37 yaşlı S. Abdullayev (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

aia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon məhkəməsinin hökmü ilə S.Abdullayevə 3 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalarla müəyyən edilib ki, bu ilin aprel ayında rayonun kəndlərindən birində yaşayan 13 yaşlı qızın onhəftəlik hamilə olduğu məlum olub. Bundan sonra aparılan araşdırma zamanı yeniyetmə qızın bibisinin əri ilə münasibətdə olduğu müəyyənləşib.

Belə ki, o, qaynının yeniyetmə qızına onu sevdiyini və evlənəcəyini deyərək yaşadığı mənzildə əxlaqsız hərəkətlər edib. Hadisə gecə saatlarında S.Abdullayevin həyat yoldaşı və 3 övladı evdə olarkən baş verib.

Məhkəmədə yeniyetmə qız və ailə üzvləri S. Abdullayevdən şikayətçi olmadıqlarını, qohumluq münasibətinə görə onu bağışladıqlarını və həbs edilməsini istəmədiklərini bildiriblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026