Mobil versiya
"Amnistiya aktı onlara şamil edilməyəcək" - Komitə sədri AÇIQLADI
Tarix: 19-12-2025 | Saat: 13:16
Bölmə:Manşet / Parlament | çapa göndər

"Amnistiya aktı onlara şamil edilməyəcək" -

"Avropa Parlamentinin arzuladığı, Azərbaycanda dövlət, xalq, konstitusion quruluş əleyhinə çıxış etmiş və məsuliyyətə cəlb olunmuş, məhkum olunmuş şəxslərə nə bu amnistiya aktı, nə də gələcək amnistiya aktları şamil edilməyəcək".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin qərarın layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, amnistiya aktının 3 və 4-cü hissələrində hüquqi qüvvəsi və tətbiq qaydaları əks olunur: "Qərar qəbul olunduğu gündən qüvvəyə minəcək və onun icra müddəti 4 aydır. Əminliklə söyləmək olar ki, bu qərarın daha tez icrası təmin ediləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2026