Məleykə Abbaszadə valideynlərə müraciət etdi
Tarix: 28-02-2017 | Saat: 12:18
Bölmə:Təhsil / Manşet | çapa göndər
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.
Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, DİM-in elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir”.
M.Abbaszadə valideynləri və abituriyentləri şəxsi kabinet yaradılan zaman diqqətli olmağa da çağırıb:
“Uzun illər ərizə qəbulu zamanı müşahidə edirik ki, çox vaxt valideynlər öz uşaqlarına etibarlılıq göstərmirlər və ərizə vermək qaydalarını kimlərəsə - başqa şəxslərə həvalə edirlər. Elektron ərizəni dolduran şəxsdən onunla əlaqə saxlamaq üçün əlaqə nömrəsi elektron poçt ünvanı istəyirik. Keçən il bizdə olan bazaları araşdıranda müəyyən etdim ki, bir poçt ünvanı 200 nəfər abituriyent üçün qeyd edilib. Bu, qeyri-adi haldır. Biz bunu araşdırdıq. Müəyyən oldu ki bu, yalnız hansısa internet klubunun poçt ünvanıdır. Bu, o deməkdir ki, valideyn özü ərizəni doldurmayıb. O əlaqə ünvanını hansısa internet klubunun poçt ünvanını göstərib. Tamamilə təsadüfi şəxs həmin abituriyentin şəxsi məlumatlarını oxumuş olacaq. Ona görə də bunu abituriyent və valideynlər özləri yaratmalıdırlar”.
AİA.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024