Mobil versiya
Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib -Fotolar
Tarix: 12-12-2025 | Saat: 20:26
Bölmə:Ölkə | çapa göndər

Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib

Böyük tarixi şəxsiyyət, müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevin anim günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, idarə və təşkilatların, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının rəhbər şəxsləri və kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti Xırdalan şəhərində Ümummmilli Lider Heydər Əliyevin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra rayonun Saray qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin ruhuna ehsan süfrəsi təşkil olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026