Mobil versiya
Gəmiqayırma müəssisələri üçün güzəşt müəyyənləşir
Tarix: 09-12-2025 | Saat: 11:49
Bölmə:Parlament | çapa göndər

Gəmiqayırma müəssisələri üçün güzəşt müəyyənləşir

Gəmiqayırma və gəmi təmiri müəssisələri üçün güzəşt müəyyənləşir.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2026-cı il mayın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-02-2026