Yunanıstanda taksi sürücüləri 48 saatlıq tətil və etiraz aksiyası keçiriblər
Tarix: 02-12-2025 | Saat: 21:31
Bölmə:Özəl | çapa göndər

Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri 48 saatlıq tətil elan edərək Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.Attiki Region Taksi Sürücüləri Birliyinin (SATA) çağırışı ilə paytaxt Afinanın da daxil olduğu Attiki Regionundakı taksi sürücüləri tətil etmək qərarına gəliblər.Yerli vaxtla saat 06:00-da başlayan tətil səbəbindən cümə axşamı yerli vaxtla saat 06:00-a qədər ərazidə taksilər işləməyəcək.
Taksi sürücüləri vergilərin azaldılması, taksilərin avtobuslar üçün ayrılmış eyni zolaqlardan istifadə etməsinə icazə verilməsi və taksilərlə rəqabət aparan rəqəmsal tətbiqlər üçün hüquqi qaydaların tətbiqi də daxil olmaqla tələblərini çatdırmaq üçün Afinanın mərkəzindən Nəqliyyat Nazirliyinin binasına karvan şəklində gediblər.
Burada etiraz edən taksi sürücüləri hökumətdən sektorun problemlərini həll etməsini istəyiblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-12-2025
22:53 Putin Vitkovla görüşüb