Efirdə xəyanət, qalmaqal, ailə davaları – Azərbaycan televiziyası niyə dəyişmir?
Tarix: 21-11-2026 | Saat: 16:22
Bölmə:Şou-biznes | çapa göndər

Aparıcılar Zaur Baxşəliyev və Elgiz Əkbərin televiziya proqramları ilə bağlı açıqlamaları gündəmə çevrilib. Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin efirdəki verilişləri tənqid edən fikirlərinə dəstək olub və Azərbaycan teleməkanında yeniliklərin olmadığını bildirib.
Xatırladaq ki, Elgiz Əkbər bir gün əvvəl verilişində onu tənqid edən həmkarlarına sərt cavab verib. O, bəzi televiziya proqramlarında illərdir eyni mövzuların müzakirə olunduğunu, evindən qaçanların, qapıdan qovulanların və xəyanət hadisələrinin yenidən gündəmə gətirildiyini söyləyib.
Aparıcı, həmçinin bir həkimin digər aparıcının verilişində çıxış etməsi üçün aylıq 16 min manat ödənildiyini iddia edib. Elgiz Əkbər həmkarlarına müraciət edərək onunla işlərinin olmamasını istəyib və “Mənim ağzımı heç kim bağlaya bilməz” deyə bildirib.
Zaur Baxşəliyev isə sosial şəbəkədə açdığı canlı yayımda həmkarının fikirlərini dəstəkləyib:
"Hansı yenilik var? Tənqid olunan şeylərin hamısı yenə gedir efirə. Elgiz düz deyir. Nə desin? Nə var? Hansı kanalda yenilik var? Pul alırlar, maliyyələşirlər, ortada yeni heç nə yoxdur.
Biləcəridən o tərəfə heç bir verilişimizə baxılmır. Yaxşı, lap bizim verilişlərimizi bağladınız. Bəs hanı? Kimə baxırlar? Hansı veriliş populyardır, hansı proqram dünyaya çıxır? Ona görə də indi hamı sosial şəbəkədədir. İnşallah, tezliklə həll olunar".
Maraqlıdır, Azərbaycan teleməkanında uzun müddətdir müzakirə olunan problemlərin əsas səbəbi nədir? Televiziya kanalları niyə tamaşaçı marağını cəlb edən yeni və keyfiyyətli layihələr təqdim edə bilmir? Verilişlərin bağlanması teleməkanın yenilənməsi üçün kifayət edirmi?
Mövzu ilə bağlı media eksperti, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb:
"Əvvəlcə onu deyim ki, televiziyada yaxşı verilişlərin hazırlanması istəyi, indiki proqramların tamaşaçıların zövqünə uyğun gəlməməsi ilə bağlı müzakirələrin aparılması müsbət hadisədir. İndi biz tədricən efirdəki zəif verilişləri, etik qaydaların pozulmasını, bayağılığı, aparıcıların peşəkar səviyyəsinin aşağı olmasını, bəzilərinin hətta məişət səviyyəsində proqram idarə etməsini tənqid edirik. Bunlar tənqid olunur və zaman-zaman bununla bağlı az təsirli olsa da, müəyyən tədbirlər görülür".
Qulu Məhərrəmli bildirib ki, ilk növbədə, yaxşı veriliş anlayışının meyarları müəyyənləşdirilməlidir:
"Əgər yaxşı verilişlər haqqında danışırıqsa, ilk növbədə kriteriyaları müəyyənləşdirməliyik: yaxşı veriliş dedikdə nəyi nəzərdə tuturuq? Təbii ki, yaxşı veriliş odur ki, tamaşaçının zövqünü oxşasın, mövzusu maraqlı və faydalı olsun, insanlar ondan bilik və zövq ala bilsinlər. Veriliş bütövlükdə cəmiyyətdə gedən prosesləri, tendensiyaları əhatə etməlidir.
Bunu kim və necə etməlidir? Əlbəttə ki, telekanallar ilk növbədə öz yayım siyasətlərinə uyğun verilişlər hazırlayırlar. Verilişlər də müəyyən kateqoriyalara bölünür. Ümumi veriliş anlayışı ilə yanaşı, ciddi ictimai-siyasi verilişlər, tok-şoular, ictimai müzakirə proqramları, analitik, maarifləndirici, öyrədici proqramlar, uşaq və musiqi verilişləri var. Bu mövzu istiqamətlərindən çıxış edərək hər telekanal özünəməxsus formada proqramlar hazırlaya bilər".
Media eksperti qeyd edib ki, Azərbaycanda ən çox izlənilən proqramlar xəbərlər və əyləncəli verilişlərdir. Televiziyalarda mövcud problemlər isə daha çox əyləncəli şou proqramları ilə bağlıdır:
"Tənqidlər də həmişə əsasən həmin verilişlərə yönəlib. İndi uşaq verilişlərinin sayı azalıb. Xüsusi musiqi proqramları da azdır.
5-10 il əvvəl xarici televiziyalardan müəyyən layihələri götürmək, lisenziyalı proqramları tətbiq etmək ən yaxşı variantlardan biri idi. Amma bu kontekstdə bütün verilişləri eyni cür qiymətləndirməməli, yaxşı proqramları da görməzdən gəlməməliyik. Belə verilişlər var. Onlara həm İTV-də, həm AZTV-də, həm Xəzər TV-də, həm də ATV-də rast gəlmək mümkündür.
Əgər biz düşünürüksə ki, verilişlərin populyarlığının göstəricisi nədir, bunun ilk meyarı tamaşaçı auditoriyasının böyüklüyüdür. Yəni həmin proqrama çox baxılması əsas göstəricilərdən biridir. İndi ümumiyyətlə, televiziyalara baxanların sayı azalıb, insanlar daha çox telefondan istifadə edir, müxtəlif məzmunları oradan izləyirlər. Ona görə də televiziyalar öz yaxşı proqramlarını sosial şəbəkələrdə də paylaşmalı, sosial media marketinqini düzgün qurmalıdırlar ki, bu proqramlar öz ardınca tamaşaçı auditoriyası gətirsin".
Qulu Məhərrəmli xüsusilə dövlət büdcəsindən maliyyələşən televiziyaların bu məsələdə öncül mövqedə dayanmalı olduğunu vurğulayıb:
"Problemlər həddindən artıq çoxdur. Televiziyalar bunun üçün çalışır və çalışmalıdırlar. İlk növbədə isə bu istiqamətdə dövlət büdcəsindən maliyyələşən televiziyalar öndə getməlidir. Həm xəbər, həm əyləncəli, həm analitik, həm də daha çox maarifləndirici proqramlar hazırlamalıdırlar. Çünki onların əsas missiyalarından biri də budur.
Hər telekanal öz yayım konsepsiyasına uyğun verilişlər hazırlamalıdır. Əvvəllər də bu xətt aparılırdı. Məsələn, ATV, Space və Xəzər TV daha çox əyləncəli proqramlar hazırlamağa, maraqlı verilişlər təqdim etməyə çalışırdılar. Amma sonradan bayağılığın artması istər-istəməz onların auditoriyasını itirməsinə səbəb oldu.
Ona görə də yaradıcılıq axtarışları davam etməlidir. Lisenziyalı proqramlar almaq, yaradıcı heyətlər formalaşdırmaq, Azərbaycan mühiti üçün maraqlı və keyfiyyətli verilişlər ortaya qoymaq olar. Bunun üçün işləmək, çalışmaq, tamaşaçının zövqünü oxşamaq, XXI əsrin televiziyasına uyğun, diqqəti cəlb edən proqramlar hazırlamaq lazımdır.
Təbii ki, bunu demək asandır. Mən anlayıram ki, yerli şərait, maliyyə vəsaiti, yanaşmalar da müəyyən problemlər yarada bilər. Əsas məsələ məhz bu problemləri aradan qaldırmaqdır".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2026