Mobil versiya
Qarabağ Universitetinin yaradılmasının 2-ci ildönümü – Elm, təhsil və milli dirçəlişin qürur abidəsi
Tarix: 28-11-2025 | Saat: 11:54
Bölmə:Özəl | çapa göndər

Qarabağ Universitetinin yaradılmasının 2-ci ildönümü – Elm, təhsil və milli dirçəlişin qürur abidəsi

Qarabağ Universitetinin yaradılmasının 2-ci ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan Respublikasının elm və təhsil tarixində xüsusi ilə seçilən, dərin mənası olan və dövlətçilik ideologiyası ilə birbaşa bağlı mühüm hadisədir. Bu ali təhsil ocağının yaranması yalnız bir universitetin açılması deyil, Qarabağda həyatın tam şəkildə bərpası, intellektual potensialın formalaşdırılması və regionun gələcək inkişafının möhkəm elmi əsaslar üzərində qurulması deməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ Universitetinin yaradılması ilə bağlı imzaladığı qərar, əslində, işğaldan azad edilmiş ərazilərdə dövlət quruculuğu və bərpa prosesinin məntiqli davamı kimi qəbul edilməlidir. Bu qərar təkcə təhsil sahəsinin inkişaf strategiyasına verilmiş töhfə deyil, həm də Qarabağın mədəniyyət, sosial həyat və insan resursları baxımından yenidən doğuluşu istiqamətində atılan strateji addımdır.
Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmi 2 il ərzində Qarabağ Universiteti müasir infrastruktur, güclü akademik baza və geniş beynəlxalq əlaqələrə malik nüfuzlu ali məktəbə çevrilmişdir. Bu, dövlət başçısının elmə, təhsilə, intellektual potensialın inkişafına verdiyi xüsusi önəmin konkret ifadəsidir. Qarabağ Universiteti həm də Azərbaycan dövlətinin gələcək nəsillərə ünvanlanmış mühüm mesajıdır – Qarabağ əbədi Azərbaycan torpağıdır və burada həyatın bütün sahələri ən yüksək standartlara uyğun dirçələcək.
Cəmi iki il ərzində Qarabağ Universitetində aparılan işlər, tətbiq edilən sistemli islahatlar və modern idarəetmə mexanizmləri bu ali məktəbin sürətli inkişafının əsas səbəbləridir. Universitetin müasir kampusu, laboratoriyalar, elmi-tədqiqat mərkəzləri, açılmış yeni ixtisaslar regionun sosial-iqtisadi və elmi potensialına uyğun şəkildə formalaşdırılmışdır.
Elmi tədqiqatların inkişafına verilən yüksək önəm Qarabağ Universitetinin gələcəkdə ölkənin aparıcı elmi mərkəzlərindən birinə çevriləcəyini göstərir. İnnovasiya yönümlü tədris sistemi, beynəlxalq proqramlara qoşulma, xarici universitetlərlə əməkdaşlıq müqavilələri artıq bugün öz bəhrəsini verir.
Universitet yalnız təhsil ocağı deyil, həm də Qarabağın intellektual inkişaf laboratoriyası kimi fəaliyyət göstərir. Burada elmi araşdırmaların nəticələri təkcə ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyətdə də diqqət çəkir.
Qarabağ Universitetinin qısa müddətdə yüksək inkişaf tempini əldə etməsində rektor, professor Şahin Bayramovun peşəkar fəaliyyəti xüsusi vurğulanmalıdır. Onun rəhbərliyi altında universitetdə:
• müasir idarəetmə modeli qurulub,
• dərs prosesinin keyfiyyəti yüksəldilib,
• professor-müəllim heyətinin tərkibi gücləndirilib,
• beynəlxalq layihələrə geniş qapılar açılıb,
• tələbə yönümlü təhsil mühiti formalaşdırılıb.
Bu gün Qarabağ Universitetinin dinamik inkişafında Şahin Bayramovun uzaqgörən idarəçiliyi, kollektivin fədakarlığı və tələbələrin yüksək fəallığı bir-birini tamamlayan əsas amillərdir.
Universitetin 2 il ərzində qazandığı ən böyük nailiyyətlərdən biri burada təhsil alan yüzlərlə gəncin Qarabağı seçməsidir. Bu, həm milli ruhun, həm də Qarabağa qayıdış ideologiyasının ən gözəl təzahürüdür. Bu tələbələr gələcəyin alimləri, müəllimləri, mühəndisləri, texnoloqları və ən əsası – Qarabağın yeni intellektual simasını formalaşdıracaq kadrlarıdır.
Onların intellektual hazırlığı, motivasiyası və dövlətçilik ruhunda yetişməsi ölkəmizin qarşıdakı onilliklərdə inkişaf xəttinə əhəmiyyətli təsir göstərəcək.
Bu ali təhsil ocağı artıq bu gün Qarabağda möhkəm şəkildə formalaşan yeni həyatın simvoludur. Universitetin hər bir auditoriyası, hər bir laboratoriyası, hər bir tələbəsi Zəfərimizin ideoloji davamıdır. Burada təhsil alan hər bir gənc Qarabağın yenidən qurulmasının fəal iştirakçısıdır.
Qarabağ Universitetinin 2 illik fəaliyyəti göstərir ki, qarşıdakı illərdə bu ali məktəb təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu elm və təhsil mərkəzlərindən birinə çevriləcək.
Bu əlamətdar gün münasibətilə dəyərli rektor Şahin Bayramov başda olmaqla bütün professor-müəllim heyətini, əməkdaşları və tələbələri səmimi-qəlbdən təbrik edirik. Qarabağ Universitetinə daha böyük uğurlar, yeni elmi nailiyyətlər, beynəlxalq səviyyədə artan nüfuz və gələcək inkişafında möhtəşəm perspektivlər arzulayırıq.
Qarabağ Universiteti böyüdükcə Qarabağ inkişaf edir; Qarabağ inkişaf etdikcə isə bütün Azərbaycan güclənir!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026