Trampın İraq üzrə xüsusi nümayəndəsi: Kormor hücumu "qanunsuz silahlı qruplar" tərəfindən törədilb
Tarix: 27-11-2025 | Saat: 20:52
Bölmə:Özəl | çapa göndər

ABŞ prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi Mark Savaya bildirib ki, Süleymaniyyədəki Kormor qaz yatağına hücum "qanunsuz fəaliyyət göstərən və düşmən xarici gündəmlərdən irəli gələn silahlı qruplar" tərəfindən həyata keçirilib.
Savaya, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında dünən İraqın Süleymaniyyə şəhərində baş verən hücumla bağlı paylaşım edib. Savaya, İraq hökumətinin hücuma görə məsul şəxsləri müəyyən etməli olduğunu vurğulayaraq, hücumun "qanunsuz fəaliyyət göstərən və düşmən xarici gündəmləri olan silahlı qruplar" tərəfindən həyata keçirildiyini bildirdi.
Savaya, tam suveren İraqda belə silahlı qruplara yer olmadığını vurğulayaraq, hər hansı bir qanunsuz silahlı qruplaşmanın və onun tərəfdarlarının "təqib ediləcəyini və məsuliyyətə cəlb ediləcəyini" bildirdi.
Savaya həmçinin Bağdad və Ərbili təhlükəsizlik əməkdaşlığını dərinləşdirməyə və iqtisadiyyatı və enerji infrastrukturunu qorumaq üçün sıx əməkdaşlıq etməyə təşviq etdiklərini əlavə etdi
İraq Kürd Regional Hökumətinin (KRH) Təbii Sərvətlər və Elektrik Nazirliyi dünən saat 23:30-da Süleymaniyyədəki Kormor qaz yatağına dron hücumunun edildiyini açıqladı.
Hücumun elektrik stansiyalarına qaz axınını tamamilə dayandırdığı və bölgənin elektrik təchizatını əhəmiyyətli dərəcədə pozduğu bildirildi.
Bağdaddakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Coşua Harris, İraqın Süleymaniyyədəki Kormor Qaz Yatağına edilən hücumu "şiddətlə" pislədi və bunu "terror aktı" adlandırdı.
İraq Kürdüstan Regional Hökumətinin (İKRH) veb saytında dərc olunmuş yazılı açıqlamaya görə, İKRH-nin Baş naziri Məsrur Bərzani Harris ilə telefonla danışıb.
Harris Kormor Qaz Yatağına edilən hücumu "qətiyyətlə" pisləyib və İKRH-ni dəstəklədiyini təkrarlayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2025