Putin: "Ukrayna hökuməti ilə müqavilə imzalamağın mənası yoxdur"
Tarix: 27-11-2025 | Saat: 20:42
Bölmə:Özəl | çapa göndər

Rusiya prezidenti Vladimir Putin Ukrayna hökumətinin prezident seçkilərini keçirməməklə legitimliyini itirdiyini bildirərək, "Ukrayna hökuməti ilə müqavilələr imzalamağın mənası yoxdur" dedi.
Kremlin açıqlamasına görə, Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Zirvə Toplantısından sonra mətbuat konfransı keçirib.
Putin görüşdə gündəmdəki məsələləri müzakirə edib və ABŞ administrasiyası tərəfindən Ukrayna böhranının həlli üçün hazırlanmış "sülh planı"na toxunuPutin bu planın hazırlanmasına aparan proses barədə məlumat verərək dedi: "Heç bir layihə planı yox idi. Məsləhətləşmə və formalaşdırma üçün yalnız bir sıra suallar təklif edildi. Alyaska sammitindən əvvəl bu məsələlərlə bağlı Amerika danışıqçıları ilə məsləhətləşdik. Daha sonra 28 mümkün razılaşmanın siyahısı yaradıldı. Bu, bizə müəyyən kanallar vasitəsilə çatdırıldı. Biz onu nəzərdən keçirdik."
Bundan sonra Putin plan üzrə danışıqların ABŞ və Ukrayna arasında İsveçrənin Cenevrə şəhərində aparıldığını bildirdi və davam etdi:
"Bu görüşlər zamanı danışıqçılar öz aralarında bütün 28 maddənin dörd komponentə bölünməsinə qərar verdilər. Bütün bunlar bizə çatdırıldı. Ümumiyyətlə, biz inanırıq ki, bu, potensial razılaşmalar üçün əsas ola bilər. Görürük ki, Amerika tərəfi Ankoric sammitindən əvvəl və sonra bəzi mövqelərimizi nəzərə alıb. Sessiyada müəyyən məsələləri müzakirə etməliyik."
Avropaya hücum etmək niyyətində olmadıqlarını bildirən Putin, "Bu, gülüncdür. Biz bunu heç vaxt etmək istəməmişik. Amma əgər bunu bizdən eşitmək istəyirlərsə, gəlin bunu qeydə alaq. Bu, tamamilə yalandır. Bəlkə də bu, Avropanın kollektiv təhlükəsizliyi üçün vacibdir. O zaman oturub bütün bunları ciddi şəkildə müzakirə etməliyik. Çünki hər söz vacibdir" dedi.
Vladimir Putin Amerika nümayəndələrinin gələn həftənin birinci yarısında Moskvaya səfər edəcəyini və planla bağlı bütün məsələlər üzrə müzakirələr aparacağını açıqladı..
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2025