Mobil versiya
Fransa hökuməti AliExpress və Joom-a qarşı şikayət ərizəsi təqdim edib
Tarix: 26-11-2025 | Saat: 14:20
Bölmə:Özəl | çapa göndər

Fransa hökuməti  AliExpress və Joom-a qarşı şikayət ərizəsi təqdim edib
Fransa hökuməti beynəlxalq elektron ticarət şirkətləri AliExpress və Joom-a qarşı uşaq istismarı ilə əlaqəli məhsulların satışı ilə bağlı şikayət edəcəyini açıqladı.
Fransanın ticarət naziri Serj Peylin TF1-ə verdiyi müsahibədə qanunsuz satışları səbəbindən milli diqqət mərkəzində olan elektron ticarət saytları ilə bağlı açıqlama verib.

Nazir Peylin, geyimə diqqət yetirən Çin elektron ticarət şirkəti Shein-in işindən sonra Latviyada yerləşən Joom və Çində yerləşən AliExpress kimi beynəlxalq elektron ticarət saytlarına qarşı qanuni tədbirlər görüləcəyini deyib.

Peylin, bu şirkətlərin uşaq istismarı ilə əlaqəli əşyaların satışına görə şikayətlərə məruz qalacağını açıqladı və məsələnin Avropa səviyyəsində həll edilməsinə çağırdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2026