GHF fondu fəaliyyətini dayandırıb
Tarix: 24-11-2025 | Saat: 21:58
Bölmə:Özəl | çapa göndər

İsrailin aylardır humanitar yardımın keçməsinin qarşısını aldığı Qəzza zolağında ərzaq yardımı gözləyərkən çox sayda mülki şəxsin öldürüldüyü paylama mərkəzlərini idarə edən İsrail-ABŞ rəhbərlik etdiyi Qəzza Humanitar Yardım Fondu fəaliyyətini dayandırdığını açıqladı.Qəzza Humanitar Fondunun (GHF) icraçı direktoru Con Akri Fox News Digital-a verdiyi müsahibədə İsrail və HƏMAS arasında 10 oktyabrda qüvvəyə minən atəşkəsdən sonra fondun fəaliyyəti barədə danışıb.
Atəşkəsin tətbiqini izləmək üçün ABŞ tərəfindən İsraildə Mülki-Hərbi Koordinasiya Mərkəzinin yaradılması ilə "GHF-nin uğurunu beynəlxalq ictimaiyyətə təhvil verməyin vaxtı çatdığını" iddia edən Akri, "missiyamızı uğurla başa vurduğumuz üçün fəaliyyətimizi bitiririk" dedi.
İsrailin Qəzzaya aylarla davam edən mühasirəsi zamanı humanitar yardım axınını məhdudlaşdıran GHF, yardım paylama mərkəzlərində yemək gözləyən mülki şəxsləri hədəf alan hücumlarla yadda qalıb.
İsrail-ABŞ liderliyindəki GHF tərəfindən humanitar yardım adı altında yaradılan paylama məntəqələrində 27 maydan etibarən fələstinliləri hədəf alan sistematik hücumlar yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-02-2026