Almaniya sakinlərinin 65%-i İsrail ordusunun Qəzzada müharibə cinayətləri törətdiyinə inanır
Tarix: 21-11-2025 | Saat: 22:07
Bölmə:Özəl | çapa göndər

Almaniyada keçirilən sorğu nəticəsində məlum olub ki, sakinlərin 65 faizi İsrail ordusunun Qəzzada müharibə cinayətləri törətdiyinə inanır.Almaniya Qlobal və Regional Araşdırmalar İnstitutu (GIGA) avqust ayında 1050 iştirakçı ilə apardığı sorğunun nəticələrini paylaşıb.
Sorğuda İsrailin Qəzzada hərbi əməliyyatlarına ictimai münasibət, medianın məsələyə münasibəti, antisemitizmə baxış və Almaniyanın tarixi məsuliyyət anlayışı araşdırılıb.
Almaniyada Qəzza və İsrailə dair ictimai xarici siyasət baxışlarının sorğusu ictimaiyyətin beynəlxalq hüquqa əsaslanan siyasət və insan haqlarına əsaslanan mövqe tələb etdiyini ortaya qoyub.
Respondentlərin 59 faizi İsrailin Qəzzaya hücumlarının "soyqırım" olduğunu bildirib.
Respondentlərin 65 faizi İsrail ordusunun Qəzzada insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətdiyini bildirib.
Respondentlərin 69 faizi Almaniyanın xarici siyasətinin "dövlət ağlı" (Staatsraeson) deyil, beynəlxalq hüquq və universal insan haqları ilə formalaşmasını istəyib.
Sorğuda iştirak edənlərin 63 faizi Almaniya hökumətinin İsrailin Qəzzada müharibə cinayətlərinə aydın şəkildə toxunmasını və onları pisləməsini istəyib, 61 faizi isə İsrailə qarşı tənqidin antisemitizmdən fərqləndirilməli olduğunu qeyd edib.
Respondentlərin 39 faizi Almaniya mediasının Yaxın Şərq (xüsusilə Qəzza və İsrail) ilə bağlı işıqlandırmasını balanslı hesab edib, 40 faizi isə medianın İsrail tərəfdarı səslərə daha çox yer verdiyini bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2025