Mobil versiya
Livan: Atəşkəs başlayandan bəri bir il ərzində İsrail hücumlarında 331 nəfər həlak olub
Tarix: 21-11-2025 | Saat: 19:35
Bölmə:Özəl | çapa göndər

Livan: Atəşkəs başlayandan bəri bir il ərzində İsrail hücumlarında 331 nəfər həlak olub
Livan Səhiyyə Nazirliyi 27 noyabr 2024-cü il tarixində atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin hücumları nəticəsində 331 nəfərin həyatını itirdiyini və 945 nəfərin yaralandığını açıqladı.
Səhiyyə Nazirliyinin Anadolu Agentliyinin (AA) müxbiri ilə paylaşdığı açıqlamaya görə, İsrailin ötən il qüvvəyə minən atəşkəs razılaşmasını pozaraq başlatdığı hücumlarda 331 nəfər ölüb, 945 nəfər yaralanıb.

Bu arada, Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) tərəfindən 20 noyabrda yayımlanan açıqlamada bir il əvvəl razılaşdırılmış atəşkəsin ən azı 7500 dəfə havadan və 2500 dəfə yerdən pozulduğu bildirilib. Lakin bu pozuntuların İsrailin, yoxsa Livanın məsuliyyəti olduğu dəqiqləşdirilməyib.
İsrail 2023-cü ilin oktyabr ayında Livana hücum etdi və 2024-cü ilin sentyabrında tammiqyaslı müharibəyə çevrildi. Döyüşlərdə 4000-dən çox insan həlak oldu və təxminən 17000 nəfər yaralandı.

Livan və İsrail arasında 2024-cü ilin noyabr ayında əldə edilən atəşkəs sazişinə baxmayaraq, İsrailin atəşkəsi 4500 dəfədən çox pozduğu və yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olduğu bildirilir.

İsrail Livanda ələ keçirdiyi beş təpənin işğalını davam etdirir və onilliklərdir saxladığı bəzi ərazilərdə mövcudluğunu qoruyur.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025