Mobil versiya
Deputatdan Bakıya miqrasiyanın azaldılması ilə bağlı TƏKLİF
Tarix: 20-11-2025 | Saat: 11:36
Bölmə:Parlament / Karusel | çapa göndər

Deputatdan Bakıya miqrasiyanın azaldılması ilə bağlı

Bölgələr üzrə iqtisadi fəallığı artıracaq geniş təşviq mexanizmi hazırlanmalıdır.

aia.az xəbər verir ki, bu fikri Milli Məclisin plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Müşviq Cəfərov səsləndirib.

Deputat qeyd edib ki, büdcə sənədi yalnız rəqəmlər toplusu kimi dəyərləndirilməməlidir:

“Sosial problemlərə də həssas yanaşmaq borcumuzdur. Əgər optimallaşma prosesləri aparılacaqsa, bölgələr xüsusi olaraq nəzərə alınmalıdır. Çünki regionlarda hər yeni iş yeri strateji önəm daşıyır. Sahibkarların bölgələrdə fəaliyyətinin stimullaşdırılması daha sonra idarəetmə strukturlarında optimallaşma üçün zəmin yaradar və Bakıya kütləvi miqrasiyanı azaldar”.

Deputatın fikrincə, hazırlanacaq yeni təşviq paketi qısamüddətli mərhələdə işsizliyin azaldılması, məhsul istehsalının artırılması və kənd təsərrüfatının yenilənməsi kimi məqsədləri hədəfləməlidir. Uzunmüddətli perspektivdə isə sənaye parklarının yaradılması, ixrac imkanlarının genişləndirilməsi və innovasiya texnologiyalarının regionlara gətirilməsi təmin edilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025