Mobil versiya
Konqo Demokratik Respublikasında qayığın batması nəticəsində 64 nəfər itkin düşüb
Tarix: 19-11-2025 | Saat: 21:29
Bölmə:Özəl | çapa göndər

Konqo Demokratik Respublikasında qayığın batması nəticəsində 64 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasının (KDR) Kasai əyalətindəki Sankuru çayında sərnişin gəmisinin aşması nəticəsində altmış dörd nəfər itkin düşüb.Kasai əyalətinin yerli administratoru Fransua Ahaka verdiyi açıqlamada bildirib ki, 13 noyabrda Sankuru əyalətindəki Bena Dibele limanından paytaxt Kinşasaya doğru yola çıxan qayıq 17 noyabrda güclü axınları ilə tanınan Sankuru çayının mənsəbində çevrilib.
Ahaka gəmidə olan 120 nəfərdən 56-sının xilas edildiyini, 64-ünün isə itkin düşdüyünü bildirib və axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Ölkədə yolların qeyri-kafi olması səbəbindən taxta və ucuz qayıqlara artan üstünlük son illərdə qayıq qəzalarının artmasına səbəb olduğu bildirilir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025